Pizza
1 yumurta
4 x/q xama və ya qatıq
4 x/q mayonez
8 x/q un
1ç/q qabartma tozu (dolu yox)
Yarım ç/q duz
Üzərinə zövqə görə
Kolbasa
Çeri pomidor
Bibər
Holland pendiri
Hazırlanması
Qatıq,mayonez, yumurtanı bir qaba əlavə edib yaxşı qarışdırın. Sonra unu, qabartma, duzu da töküb qarışdırın. Kek xəmirindən qatı kütlə alınacaq. Listə kağız qoyub üzərinə töküb yayın. Mən təxmini diametri 26sm yaydım. Nə çox qalın, nə də nazik yaymalısız. Üzərinə ərzaqları düzüb, əvvəlcədən yaxşı qızdırılmış sobada 180 dərəcədə 25 dəq bişdi. Sobalar fərqli olur kontrol edin, tez və ya gec də bişə bilər

5 Comments
Resepdi verərdində bacı
Reseqbi verə binə bacı
.4 cavab
Resepti hani?
Həqiqətən də gözəl allndı❤